media-1779535364407362397_1200x630

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Azərbaycanın Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.

ERAmedia-ya bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra “Siyasi repressiya qurbanları” muzeyi ziyarət edilib.


media-adspc

Bənzər xəbərlər