media-videoedited
media-1760792584_68f38e6996a0768f38e6996a08176079216968f38e6996a0468f38e6996a05
media-shehidler_olmez_baner_full

Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

ERAmedia-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.

Daha sonra buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.


media-adspc

Bənzər xəbərlər