media-combined
media-herbi_prokurorluq
media-shehidler_olmez_baner_full

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov əmri ilə ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.

İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər