media-y5mdv18rhu9txtk3let4vegcbi1wgyxmfwp3opqi_640
media-bant_master

 

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində XTQ-nin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

ERAmedia bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Əvvəlcə hərbi vəzifəlilərlə sinif məşğələləri təşkil edilib, onlara nizamnamələr və təhlükəsizlik qaydaları öyrədilib. Daha sonra təlim mərkəzində iştirakçılarla fiziki hazırlıq, taktiki-xüsusi hazırlıq və kəşfiyyat hazırlığı üzrə məşğələlər yerinə yetirilib.

Qeyd edək ki, təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının yüksəldilməsi, onlara yeni hərbi biliklərin öyrədilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

 


media-adspc

Bənzər xəbərlər