media-1776877364_17584758475909628154_1200x630

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

ERAmedia xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fırata (7:5) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.


media-adspc

Bənzər xəbərlər