media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-1758886913568749943_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Sentyabrın 26-da Tərtər rayonunun Hüsənli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

ERAmedia xəbər verir ki, Hüsənli kənd uşaq bağçasının binası 1970-ci illərdə tikilib. İki korpus və yardımçı otaqlardan ibarət olan birmərtəbəli bina köhnəldiyindən istifadəyə yararsız idi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağçada təmir işləri aparılıb, mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı sahə abadlaşdırılıb. Korpusun ətrafına asfalt örtüyü çəkilib. Bağçanın ərazisində uşaq meydançası təşkil edilib.

Bağçanın açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov və digərləri uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, balacalara xoşbəxt gələcək və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.

Çıxışlarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən, Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan tədbirlərdən bəhs edilib.

Kənd sakinləri və valideynlər göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları sonra uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər