ARDNF aparıcı suveren investorlarla birgə İnvestisiya Şurasını təsis edib | Şükürbəylidə daha 25 ailəyə evlərinin açarları verilib | İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib | Prezident İƏT-in yeni Baş katibini təbrik edib | Təbiətin hekayəyə çevrildiyi məkanlar: Türkiyənin mütləq görülməli gölləri – FOTOLAR | Məşhur aparıcı infarkt keçirdi | Trampdan ABŞ-da kommunizm xəbərdarlığı | Festivalda dalbadal ölümlər: 3 nəfər həyatını itirdi | Təhsil yarışında neçə il qabaqdayıq? – Ekspertdən açıqlama | Neft bazarında Yaxın Şərq amili: Qİymət ucuzlaşır - TƏHLİL | Trampın əl sıxmaq etirafı: Siyasətdə səmimiyyət nə qədər “səmimidir”? - ŞƏRH | Cəfər Cabbarlı heykəlinin arxasında gizlənən tarix: 280 tonluq qranit Bakıya necə gətirildi? | PISA 2025-də regional təhsil fərqi: Bakı bəzi rayonları 100 bal qabaqlayır | BRICS+ genişlənir: Azərbaycanın təşkilata üzvlüyü gündəmdə - TƏHLİL | Süni intellekt təhsili dəyişir: Azərbaycanla bağlı diqqətçəkən rəqəmlər | AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalandı | Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndərilib | “Fındığın kiloqramını 3 manata sata bilmirik” - Fermerlər qiymətlərdən narazıdırlar | Hər səfərin sonunda sizi gözləyən doğmalarınızın olduğunu unutmayın! - BDYPİ | COVID pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib - Ceyhun Bayramov
media-img_7941

Cari ilin 18–19 may tarixlərində Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının mənzil-qərargahının yerləşdiyi Niderland Krallığının Haaqa şəhərində Assosiasiyanın Baş katibi Roel Dona və qurumun digər vəzifəli şəxsləri ilə görüşüb.

ERAmedia xəbər verir ki, görüş zamanı Roel Dona Azərbaycan ilə Assosiasiya arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, Azərbaycan Prokurorluğunun Assosiasiyanın fəaliyyətinə verdiyi töhfə və göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin 2024-cü ildə Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının yüksək səviyyədə təşkil olunduğunu və digər üzv qurumlar üçün nümunə hesab edildiyini qeyd edib.

Heydər Məmmədov isə Baş prokuror Kamran Əliyevin salamlarını çatdıraraq, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq prokurorluq orqanlarında beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. O qeyd edib ki, bu yanaşma hüququn aliliyinin möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizə sahəsində qəbul olunan dövlət proqramları və milli strategiyalarda da öz əksini tapıb.

Görüş zamanı Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında uzun illərə söykənən əməkdaşlıq münasibətlərinin formalaşdığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prokurorluğu qurumun fəaliyyətinə mühüm töhfələr verib, 2002, 2018 və 2024-cü illərdə İcraiyyə Komitəsinin iclaslarına, eləcə də 2024-cü ildə BPA-nın İllik İclas və Ümumi Yığıncağına uğurla ev sahibliyi edib.

H.Məmmədov Azərbaycanın Assosiasiyaya dəstəyinin bundan sonra da davam edəcəyini vurğulayaraq, 2026-cı ilin noyabr ayında Riyad şəhərində keçiriləcək BPA-nın 31-ci İllik İclas və Ümumi Yığıncağının yüksək səviyyədə təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüş çərçivəsində, həmçinin cari ilin 2–4 iyun tarixlərində Assosiasiyanın yeni təyin olunmuş Baş müşaviri Tarika Jayaratnenin rəhbərlik edəcəyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.

  • Heydər Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşdü - FOTOLAR

media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop