“Həzi Aslanov” stansiyasında işlər yekunlaşır
“Həzi Aslanov” stansiyasında yenidənqurma işləri yekunlaşır.
ERAmedia xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə “Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı yenidənqurma layihəsində son mərhələyə qədəm qoyulub.
Təxminən 280 metrlik ərazini əhatə edən layihə 3 mərhələdə icra olunur. Hazırda yekun mərhələ çərçivəsində genişmiqyaslı yenilənmə işləri aparılır.
Videoçarxı linkdən izləyə bilərsiniz:









