Hikmət Hacıyev Armen Qriqoryanla panel müzakirəsində - FOTO
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.
ERAmedia xəbər verir ki, bu barədə H.Hacıyev “X” hesabında paylaşım edib.
“Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi çərçivəsində atılan addımları, o cümlədən, sülhün iqtisadi faydasını, nəqliyyat-kommunikasiya əlaqələrini, etimad quruculuğu prosesini və s. müzakirə etdik.
Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək niyyətini vurğuladım”, – deyə paylaşımda bildirilib.













