Hikmət Hacıyev Bakıda fransalı həmkarı ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan fransalı həmkarı Bertrand Buxvalter ilə məhsuldar görüş keçirib.
ERAmedia xəbər verir ki, Prezidentin köməkçisi bu barədə özünün X hesabında yazıb.
“Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında ötən ay baş tutan telefon danışığının ruhuna uyğun olaraq, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional inkişaflar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardıq”, – deyə diplomat qeyd edib.









