media-mdcgvqphrhw8jdn5umw9wx1cdhs5meaoply2purf_1200
media-bant_master

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren, Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.

ERAmedia  xəbər verir ki, bu barədə TİKA sədri sosial şəbəkələrdə paylaşım edib.

Onun sözlərinə görə, görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb:

“Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyimizin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik”.


media-adspc

Bənzər xəbərlər