media-1769275622_6974f78d4e6c86974f78d4e6c917692732296974f78d4e6c66974f78d4e6c7

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini Vəhid Cəlalzadə arasında görüş baş tutub.

ERAmedia xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi “X” hesabında paylaşım edib.

Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib.

Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib.


media-adspc

Bənzər xəbərlər