media-1776341823430419151_1200x630

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Gökhan Seyhanla görüşüb.

İnstitutdan ERAmedia a bildirilib ki, görüş zamanı Hikmət Quliyev Folklor İnstitutunda türk xalqları folklorunun araşdırılması istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri, nəşr olunan kitablar və təşkil edilən konfranslar barədə ətraflı məlumat verib.

Eyni zamanda, görüşdə Bakı Yunus Əmrə İnstitutu ilə Folklor İnstitutu arasında elmi-mədəni əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, xüsusilə türk xalqları folklorunun tədqiqi sahəsində simpozium və konfransların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Folklor İnstitutunun bəzi nəşrləri Bakı Yunus Əmrə İnstitutuna hədiyyə edilib.


media-adspc

Bənzər xəbərlər