media-videoedited
media-1c65cef3167039452659604628211108970
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

ERAmedia vətəndaş qəbulunun cədvəlini təqdim edir:

S/n Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulun keçirildiyi gün
1. Daxili işlər naziri Vilayət Eyvazov Sumqayıt Sumqayıt 01
2. Gənclər və idman naziri Fərid Qayıbov Ucar Ucar, Kürdəmir, Zərdab 01
3. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 02
4. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Naftalan Naftalan, Gəncə, Goranboy, Tərtər, Göygöl 03
5. Energetika naziri Pərviz Şahbazov Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 10
6. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Salyan Salyan, Neftçala 10
7. İqtisadiyyat naziri Mikayıl Cabbarov Cəlilabad Cəlilabad, Masallı, Yardımlı 10
8. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocavənd, Şuşa 10
9. “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Samux Samux, Gəncə, Kəlbəcər 10
10. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər Tərtər, Ağcabədi, Ağdam, Füzuli 14
11. Baş prokuror Kamran Əliyev Gəncə Gəncə, Göygöl, Samux, Kəlbəcər 17
12. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zərdab Zərdab, Ağcabədi, Ucar, Göyçay, Kürdəmir 17
13. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Lənkəran Lənkəran, Astara, Lerik 17
14. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxı Şamaxı, Qobustan 17
15. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Sabirabad Sabirabad, Saatlı, İmişli 23
16. Ədliyyə naziri Fərid Əhmədov Gəncə Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər 24
17. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gədəbəy Gədəbəy, Şəmkir 24
18. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 24
19. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Göygöl Göygöl, Daşkəsən 24
20. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kürdəmir Kürdəmir, Uçar, Zərdab 27
21. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağcabədi Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın 29
22. Elm və təhsil naziri Emin Əmrullayev Salyan Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar 31
23. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 31
24. Mədəniyyət naziri Adil Kərimli Xızı Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan 31
25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Qəbələ Qəbələ, Oğuz 31

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər