Hollivud tarixinin bir parçası və avtomobil əfsanəsi - hərraca çıxarılır

“Forsaj-2” filmindəki əfsanəvi Mitsubishi Lancer Evo yarım milyon dollara satıla bilər.
ERAmedia “Motorious”un istinadən xəbər verir ki, Bonhams” Hərrac Evində keçiriləcək hərrac 21-28 noyabr tarixlərində Parisdə baş tutacaq film avtomobil kolleksiyasının ulduz partiyası olacaq.
Təşkilatçılar əsl ajiotaj gözləyir: hərraca həm franşiza pərəstişkarları, həm də nadir nümunələr axtaran kolleksiyaçılar tərəfindən maraq göstəriləcəyi şübhəsizdir.

Avtomobil kolleksiyası Fransanın Movie Cars Central muzeyindən gəlir və ekranda görünən səkkiz tanınan avtomobili əhatə edir. Mitsubishi Lancer Evo – təkcə filmdəki roluna görə deyil, həm də çəkilişdə istifadə edilən dörd kaskadyor avtomobildən birincisi olduğuna görə onların arasında fərqlənir. Avtomobil məsləhətçisi Kreyq Liberman tərəfindən hazırlanan 280 at gücünə, təxminən iki litrlik turbo mühərrik zavodda 330 at gücünə qədər artırılıb. Maşın tam idarə oluna biləndir və hərraca çəkilişini, mənşəyini təsdiq edən sənədlərlə birlikdə gəlir.
Bu partiya üçün minimum qiymət yoxdur, lakin Bonhams son qiymətin 290.000 ilə 580.000 dollar arasında olacağını təxmin edir.










