Hörmüz boğazından gəmi keçidi tamamilə dayandı
ABŞ prezidenti Donald Trumpın bəyanatlarına baxmayaraq, Hörmüz boğazından keçid demək olar ki, sıfır səviyyəsində qalır.
ERAmedia xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRİNA məlumat yayıb.
Agentliyin yazdığına görə, Donald Trampın gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı açıqlamalarına baxmayaraq, dəniz izləmə sistemlərinin son məlumatları bu mühüm enerji marşrutunda hərəkətin demək olar ki, tam dayandığını göstərir.
İRİNA-nın məlumatına əsasən, son 24 saat ərzində boğazdan yalnız İranla birbaşa əlaqəli bir ticarət gəmisi keçib. Əks istiqamətdə, yəni Fars körfəzinə daxil olan istiqamətdə isə ümumiyyətlə heç bir gəmi hərəkəti qeydə alınmayıb.
Bildirilir ki, artıq doqquz gündür boğazdan dəniz hərəkəti faktiki olaraq sıfır səviyyəsindədir. İranla əlaqəsi olmayan son gəmi isə martın 7-si səhər saatlarında ərazini tərk edən Çin gəmisi “Sino Ocean” olub.
İRNA qeyd edir ki, faktiki olaraq fevralın 28-dən etibarən Hörmüz boğazı İranla əlaqəsi olmayan kommersiya gəmiləri üçün tam bağlanıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirib ki, o, Hörmüz boğazını nəzarətə götürmək imkanını “düşünür”. Onun sözlərinə görə, ABŞ bu boğazla bağlı “çox şey edə bilər” və əgər İran gəmilərin hərəkətinə mane olarsa, Tehrana xəbərdarlıq edib.
Tramp həmçinin qeyd edib ki, boğaz hazırda açıqdır və gəmilər oradan keçir. Bununla belə, o, ABŞ-ın boğaz üzərində nəzarəti ələ keçirməsi məsələsini hələ də nəzərdən keçirdiyini vurğulayıb.
Vural










