media-hormuz

İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) son 24 saat ərzində Hörmüz boğazından 33 gəminin keçdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, İran dövlət televiziyasının SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə istinadən yaydığı məlumata görə, son 24 saat ərzində neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmiləri daxil olmaqla 33 gəmi donanmanın koordinasiyası və təhlükəsizliyi altında Hörmüz boğazından keçib.

SEPAH 21 mayda 31, 22 mayda 35, 23 mayda isə 25 gəminin Hörmüz boğazından keçdiyini bildirmişdi.

Məlumata görə, İran 28 fevralda ABŞ–İsrailin birgə hücumları ilə başlayan müharibədən sonra qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazını bağlamışdı.

ABŞ ilə İran arasında 8 apreldə əldə olunan atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda nəticə əldə olunmayıb. Bundan sonra ABŞ prezidenti Donald Tramp 13 apreldə İrana qarşı dəniz blokadası tətbiq edilməsi qərarı verib və Hörmüz boğazına daxil olan və çıxan İranla əlaqəli gəmilərə müdaxilələrə başlayıb.

İran 17 apreldə Livanda atəşkəsin əldə olunmasından sonra, atəşkəs müddətində Hörmüz boğazının İran Hərbi Dəniz Qüvvələri ilə koordinasiya şərti ilə kommersiya gəmilərinin keçidinə açıq olduğunu bildirsə də, ABŞ-nin dəniz blokadasını davam etdirməsi səbəbilə boğazda keçidlərə yenidən məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Məlumata görə, bu dövrdə ABŞ Oman dənizi və Hind okeanında İrana məxsus bəzi kommersiya gəmilərinə hücum edərək onları ələ keçirib. İran isə buna cavab olaraq Hörmüz boğazı yaxınlığında, İsraillə əlaqəli olduğu iddia edilən bəzi gəmilərə müdaxilə edərək onları ələ keçirib.

Vural


media-adspc

Bənzər xəbərlər