media-6a304570d4fd46a304570d4fd517815484006a304570d4fd26a304570d4fd3

ABŞ və İran tərəfləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra Hörmüz boğazının minalardan təmizlənməsi prosesi 50 günədək davam edə bilər.

ERAmedia xəbər verir ki, bu barədə “Reuters” agentliyi Qərb ölkələrinin dəniz təhlükəsizliyi sahəsindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, beş Qərb dəniz təhlükəsizliyi mənbəsinin qiymətləndirməsinə əsasən, adi minaaxtaran gəmilər və müasir sualtı pilotsuz aparatların cəlb olunduğu əməliyyat 40-50 gün çəkə bilər. Bundan sonra sığorta, gəmiçilik və neft şirkətlərinin əksəriyyəti boğazda hərəkəti bərpa etmək üçün kifayət qədər təhlükəsizlik təmin olunduğuna əmin ola biləcək.

Agentliyin qeyd etdiyi kimi, gözlənilən gecikmə qlobal bazarlara ciddi təsir göstərə bilər. Belə ki, dünyanın ən böyük iqtisadiyyatlarında neft ehtiyatları 2003-cü ildən bəri ən aşağı səviyyəyə enib. Bundan əlavə, fevralın 28-dən etibarən bloklanan Fars körfəzi neft tədarükləri ilə yanaşı, boğazda on milyonlarla barel xam neftin hərəkəti də gecikə bilər.

“Hazırkı mərhələdə tranzit daşımalarına başlamağın hələ də çox riskli olduğunu düşünürük”, – deyə gəmiçilik assosiasiyası olan BIMCO-nun baş təhlükəsizlik mütəxəssisi Yakob Larsen bildirib.

Onun sözlərinə görə, boğaz ətrafında mina təhlükəsi gələcəkdə də aktual olaraq qalacaq. Larsen vurğulayıb ki, gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün minalardan tamamilə təmizlənmiş marşrutların yaradılması zəruridir.

Vural


media-adspc

Bənzər xəbərlər