media-17689978974367716126_1200x630

İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri illər sonra öz doğma kəndlərində ilk qar sevincini yaşayıblar.

ERAmedia  xəbər verir ki, Şərqi Zəngəzur bölgəsində davam edən qarlı hava şəraiti Horovlu kəndində də gözəl mənzərə yaradıb.

Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən yenidən bərpa olunan kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Horovlunun qış görüntülərini təqdim edirik.


media-adspc

Bənzər xəbərlər