Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan etdi
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi “şöbə müdiri”, “baş mütəxəssis” və “aparıcı mütəxəssis” vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edib.
ERAmedia-ya bu barədə Mərkəzdən məlumat verilib.
Namizədlərə dair tələblər aşağıdakılardır:
• Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
• Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:
• Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
• Magistr və ona bərabər ali hüquq təhsili.
Müsabiqənin şərtləri:
Müraciət edənlər arasından elan olunmuş vəzifələrə daha uyğun gələn namizədlər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq. Yazılı imtahan sualları test və kazus formasında tərtib ediləcək.
Test sualları aşağıdakı normativ hüquqi aktları əhatə edəcək:
– Konstitusiya;
– “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu;
– Mülki Məcəllə;
– Mülki Prosessual Məcəllə;
– Cinayət Məcəlləsi;
– Cinayət Prosessual Məcəllə;
– Əmək Məcəlləsi;
– İnzibati Xətalar Məcəlləsi;
– İnzibati Prosessual Məcəllə;
– “İnzibati icraat haqqında” Qanun;
– “Vətəndaşların müraciətləri haqqında” Qanun.
Kazus sualları cinayət və mülki qanunvericilik üzrə tərtib ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. CV-lər göndərilərkən iddia edilən vəzifənin adı emailin “Mövzu” hissəsində qeyd edilməlidir.
Müraciət üçün son tarix oktyabrın 20-dir.









