media-17823875184274237769_1200x630

Şirvan şəhər sakini Tahir Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

ERAmedia-ya bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı T. Abdullayevin avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi aşkarlanıb.

Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran T. Abdullayev tibbi müayinəyə cəlb olunub və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilən T. Abdullayev 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


media-adspc

Bənzər xəbərlər