media-1779469398_kki

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinə yeni müdir təyin edilib.

ERAmedia Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Belə ki, bu vəzifəyə daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müşaviri kimi fəaliyyət göstərən Hüseyn Məmmədov təyin olunub.

Qeyd edək ki, H.Məmmədov müxtəlif dövrlərdə turizm və ictimai sektorda rəhbər vəzifələrdə çalışıb.


media-adspc

Bənzər xəbərlər