media-ads-728x90
media-347269_hfym7ocqem
media-ads-728x90

Dövlət öz yerindədir və heç kimə onu hər hansı bir yolla devirməyə imkan verilməyəcək.

ERAmedia xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət siyasətçilərinin “dövlətin dinc yolla devrilməsi” ilə bağlı bəyanatlarını şərh edərkən söyləyib.

Qeyd edək ki, “Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze oktyabrın 4-nü – yerli hakimiyyət orqanlarına seçkilər gününü “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət Burçuladzenin ideyasını dəstəkləsə də, tarix haqqında danışmağın yersiz olduğunu bəyan edib.

Gürcüstan hökumətinin başçısı isə deyib ki, heç kimə dövləti devirməyə imkan verilməyəcək. “Biz bu illər ərzində cəmiyyətə söz vermişik ki, heç kimə bunu etməyə imkan verməyəcəyik və sözümüzü tutmuşuq, indi də söz veririk və bu sözə mütləq əməl edəcəyik”, – deyə Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, bu cür açıqlamalar radikal müxalifətin simasını göstərir. Bütün bu illər ərzində onlar davamlı olaraq hökuməti devirməkdən, inqilabdan danışırlar. Onların uğur qazanmaması isə onların sifətindən, ruhundan və münasibətindən xəbər verir. Xarici agentlər belə hərəkət edirlər.

Qeyd edək ki, 2025-ci il oktyabrın 4-də Gürcüstanın 64 şəhər və rayonunda eyni vaxtda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Seçkilərdə 14 partiya iştirak edəcək.


media-ads-728x90

Bənzər xəbərlər