media-ibad_1200

Milli Qəhrəman İbad Hüseynlinin təşəbbüsü ilə Xankəndi şəhərində yeni restoran istifadəyə veriləcək. 

ERAmedia xəbər verir ki, bu barədə Milli Qəhrəman öz sosial şəbəkə hesabında paylaşım edib.

“Qarabağ Qəhrəmanı” adlanan restoranın açılış mərasimi mayın 1-də, saat 13:00-da baş tutacaq. Məkan Xankəndi şəhərində, Araz marketin yaxınlığında yerləşir.

İbad Hüseynli paylaşımında hər kəsi açılış mərasiminə dəvət edib və bildirib ki, yeni restoran Qarabağın dirçəlişinin, milli ruhun və qürurun ifadəsi kimi fəaliyyət göstərəcək.


media-adspc

Bənzər xəbərlər