media-1b8b8643-5be6-463c-8888-4f35db0a8350
media-bant_master

İbrahim Tatlısəsin oğlu Ahmet Tatlısəs ilə Dilan Çıtak arasında illərdir davam edən problemlər var. Lakin sənətçi digər oğlu İdo Tatlısəs ilə heç bir problem yaşamır.

ERAmedia xəbər verir ki, İbrahim Tatlısəs etdiyi paylaşım vasitəsilə bu vəziyyəti diqqətə çatdırıb. Oğlu İdo Tatlısesin fotosunu paylaşan sənətçi, “Övladdır bu” qeydi ilə digər övladlarını sanki görməzdən gəlib. Bu paylaşımdan sonra Dilan Çıtak və Əhməd Tatlısəsin necə reaksiya verəcəyi maraq doğurur.

Qeyd edək ki, məşhur müğənni İbrahim Tatlısəs qızı Dilan Çıtak və oğlu Ahmet Tatlıses ilə uzun müddətdir problemlər yaşayır.

İbrahim Tatlısəs oğlu İdo ilə sosial mediadakı paylaşımında bunları yazıb:
“Övladdır bu. Baxışıyla, duruşuyla, əxlaqıyla, tərbiyəsi ilə övladdır bu. Yalansız-dolansız övladdır bu. İdom, səninlə qürur duyuram”.

Digər övladlarını sanki görməzdən gələn Tatlısəsin bu paylaşımına Dilan Çıtak və Əhməd Tatlısəsin necə reaksiya verəcəyi maraqla gözlənilir.

Keçən yay Bodrumda baş verən bir hadisədən sonra Dilan Çıtak ilə bağlı açıqlama verən Tatlısəs jurnalistlərin Çıtakın “Polis nəzarətində mən İbrahim Tatlısəsin qızıyım” sözlərini xatırlatması üzərinə əl hərəkəti ilə “danışmıram” işarəsi edərək, “Bəs qəbul etmirdi. İndi nə oldu?” demişdi.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər