media-806x378-dilan-citak-tatlises-hastaligini-anlatti-misafir-gelsin-istemiyorum-1777029273786

Məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak qatıldığı proqramda ilk dəfə olaraq sağlamlıq problemi barədə danışıb.

ERAmedia-nın məlumatına görə, Dilan Çıtak bildirib ki, uzun müddətdir Obsesif Kompulsiv Pozuntu (OKP) ilə mübarizə aparır və bu xəstəlik onun gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. O, çıxışında yaşadığı vəziyyətin həm psixoloji, həm də sosial baxımdan ağır təsirlərindən söz açıb.

Çıtak qeyd edib ki, xəstəliyi səbəbindən həddindən artıq təmizlik davranışları nümayiş etdirir. “Ciddi OKP xəstəsiyəm. Obsesiv dərəcədə təmizliyə meylliyəm. Müalicə alıram. Pişiklərim qumu eşələyəndə yuxudan oyanıb evi süpürürəm. Bəzən gündə 10 dəfə evi təmizləyirəm”, – deyə o qeyd edib.

O, əlavə edib ki, bu vəziyyət sosial həyatına da mənfi təsir göstərir. “Həyat mənim üçün çox çətindir. Evimə qonaq gəlməsini istəmirəm. Qonaqlar corablarını çıxarıb gəzə bilməz, iz qalır. Evimdə narahatlıq halları yaşayıram”, – deyə o bildirib.

Açıqlamasında karyerası ilə bağlı çətinliklərə də toxunan Çıtak atasının açıqlamalarından sonra bəzi əməkdaşlıqlarının ləğv edildiyini vurğulayıb. “Bəzi brend müqavilələrim onun bəyanatlarından sonra dayandırıldı. Menecerlər mənimlə işləmək istəmir”, – müğənni deyib.

Maqazin gündəminə istəmədən düşdüyünü deyən müğənni ona qarşı ədalətsiz münasibət göstərildiyini bildirib və yayılan iddialara etiraz edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər