media-rrk3nm0d0wpetsbg0nobgpwgv5nefo2qhvfmk9m8

Zamanla başa düşdüm ki, başqa insanlarda sevmədiyim xüsusiyyətləri özüm etməməliyəm. Bu, insanın özünü tərbiyə etməsinin ən vacib formalarından biridir.

ERAmedia xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Müğənni əlavə edib ki, insan ilk növbədə özünə qarşı dürüst olmağı və öz davranışlarını kənardan qiymətləndirməyi öyrənməlidir.

“Uşaqlığımdan bəri dəyişməyən iki xüsusiyyətim var – mərhəmət və empatiya hissi. Həyat insanı dəyişə bilər, sərtləşdirə bilər, amma içimdəki bu hiss heç vaxt dəyişmədi.

Həmişə başqalarından daha üstün, varlı olmaq və ya daha gözəl görünməkdən daha çox, yaxşı insan olmağı istəmişəm.
Kimsə mənə yaxşı desin deyə, yox, özümə hörmət etmək üçün insanlara xas olan pis xüsusiyyətləri (özümlə mübarizə apararaq) məhv etməyi öyrənmişəm.

Yəni deməyim odur ki, başqa insanları mühakimə etmədən öncə ilk növbədə özünüzdən başlayın. Onsuz da səhvsiz, günahsız insan yoxdur. Yenilənın, update olun ki, dünənki özünüzdən bu gün daha yaxşı versiyanızı yarada biləsiniz, – deyə müğənni bildirib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər