media-615515666_122212295660049043_2248188944444134964_n
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli məqsədilə Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.
ERAmedia xəbər verir ki, qəbula başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılmasının, qaldırılan məsələlərin araşdırılaraq həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Eyni zamanda 2025-ci ildə Naxçıvan şəhərinin  sosial-iqtisadi inkişafı sahəsində qazanılmış uğurlar və növbəti ildə qarşıda duran vəzifələr haqqında qəbul iştirakçılarına məlumat verib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qaldırılan problemlərin həlli məqsədilə məsul şəxslərin iştirakı ilə müvafiq tapşırıqlar verilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə icrası üçün aidiyyəti dövlət qurumlarına yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə diqqətlə yanaşıldığına və əvvəlki səyyar qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tabeliyində olan qurumların rəhbərləri və Tumbul kənd sakinləri iştirak ediblər.

media-adspc

Bənzər xəbərlər