media-whatsapp-image-2026-07-30-at-11-09-11

TRT 1 kanalında yayımlanan və izləyicilər tərəfindən maraqla gözlənilən “Taşacak Bu Deniz” serialına rəqib olacağı deyilən “Sevdam Karadeniz” layihəsində aktyor heyəti ilə bağlı problemlər davam edir.

ERAmedia xəbər verir ki, İstanbuldakı çəkilişlər başa çatdıqdan sonra komanda Trabzona yollansa da, baş rol ifaçısı Damlasu İkizoğlu layihədən ayrılıb.

Serialın hazırlıq mərhələsində baş rollarla bağlı böhranlar bir-birini əvəz edib. Layihənin ilkin planına əsasən, baş obrazları Aslıhan Malbora və Emre Bey canlandırmalı idi. Lakin hər iki məşhur aktyor çəkilişlər başlamazdan əvvəl serialdan ayrılmaq qərarı verib.

Bu ayrılıqlardan sonra heyətə Damlasu İkizoğlu və Erdem Adilce cəlb olunub və çəkilişlərə start verilib. İstanbul səhnələrinin tamamlanmasının ardından komanda hekayənin əsas məkanlarından biri olan Trabzona yollanıb. Ancaq Trabzondakı çəkilişlər başlamazdan əvvəl daha bir gözlənilməz hadisə baş verib və qadın baş rol ifaçısı Damlasu İkizoğlu da layihə ilə vidalaşıb.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, son ayrılıqdan sonra çəkiliş qrupu “Sevdam Karadeniz” serialında Zeyşan Yeniceli obrazını canlandıracaq yeni aktrisanın axtarışına başlayıb. Baş verən bu dəyişikliklərin serialın çəkiliş qrafikinə necə təsir edəcəyi isə maraq doğurur.

media-whatsapp-image-2026-07-30-at-11-09-21


media-adspc

Bənzər xəbərlər