İdrak Liseyi Təhsil Sərgisində iştirak edib
Bakı İdrak Liseyi Təhsil Sərgisində fəal iştirak edib.
ERAmedia xəbər verir ki, 2 gün davam edən sərgidə İdrak Liseyinin şagirdləri təhsil ocağı haqqında iştirakçılara ətraflı məlumatlar təqdim ediblər, eyni zamanda səmimi ünsiyyət və komanda bacarıqları nümayiş etdiriblər. Belə ki, bu formatda təşkil edilən sərgilər gənclərin dünya görüşünün formalaşması baxımından olduqca faydalıdır.
Qeyd edək ki, hər il iki dəfə keçirilən sərgi xarici və yerli təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.










