“İdrak” Liseyində Şagird Qəbulu Başladı!

“İdrak” Liseyində şagird qəbulu başlayıb.
ERAmedia xəbər verir ki, bununla bağlı “İdrak” Liseyi elan yayımlayıb. Elanı təqdim edirik:
Gələcəyini beynəlxalq səviyyədə qurmaq istəyən şagirdləri İdrak Liseyinə dəvət edirik.
Liseyimiz müasir təhsil mühiti və peşəkar müəllim heyəti ilə şagirdlərin akademik və şəxsi inkişafını təmin edir.
Liseyimizin əsas üstünlüklərindən biri IB (International Baccalaureate) proqramına əsaslanan İngilis bölməsidir. Bu proqram şagirdlərə beynəlxalq standartlara uyğun təhsil verir, analitik düşüncə və tədqiqat bacarıqlarını inkişaf etdirir və onları dünyanın aparıcı universitetlərinə hazırlayır.
Liseydə üç dildə tədris mövcuddur: Azərbaycan, Rus və İngilis (IB proqramı).
Şagirdlərin rahatlığı üçün servis xidməti
Sağlam və balanslı qidalanma
Müxtəlif dərnəklər və inkişaf proqramları
Həkim və psixoloq nəzarəti
Yüksək səviyyəli təhlükəsizlik sistemi
Dərsdən sonra ev tapşırıqlarının hazırlanması proqramı
İdrak Liseyi – beynəlxalq səviyyəli təhsil və uğurlu gələcək üçün doğru seçimdir.
Şagird qəbulu davam edir!
Ətraflı məlumat: İdrak Liseyi Bakı
Əlaqə: +994 50 480 10 07, +994 12 480 10 07










