media-17737752606349016515_1200x630

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında Tbilisidə vəfat edib.

ERAmedia xəbər veerir ki, bu haqda Gürcüstanın “Birinci Kanalı” məlumat yayıb.

Bildirilir ki, o, martın 17-nə keçən gecə mədə qanaması ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, II İliya 1933-cü ildə anadan olub. Patriarx 1977-ci ildən Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edib. Onun rəhbərliyi ilə ölkədə yeparxiyaların sayı 42-yə, fəaliyyət göstərən kilsələrin sayı isə 48-dən təxminən 1000-ə yüksəlib. Həmçinin II İliya dövründə Tiflisdə Gürcüstanın ən böyük kilsəsi olan Müqəddəs Üçlük Patriarxal Katedrali tikilib.

***

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin problemli olduğu bildirilir.

ERAmedia xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının yaydığı məlumatda qeyd olunub.

“Sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən bütün Gürcüstanın müqəddəs və mübarək Katolikos-Patriarxı II İlya hazırda Qafqaz Tibb Mərkəzindədir. Vəziyyəti problemli olsa da stabildir”, – deyə bildirilib.

Klinikadan jurnalistlərə verilən məlumata görə, patriarx “mədədən güclü qanaxma” diaqnozu ilə xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada olan Gürcüstanın səhiyyə naziri Mixeil Sardjveladze isə bildirib ki, patriarxın yaşını nəzərə alaraq vəziyyət “həqiqətən də sadə deyil”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər