media-ads-728x90
media-bakues_4175124c349c8a125af3ffa02feede4b_sziev5bf64gja8cxup0h
media-ads-728x90

Ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə görə, II ixtisas qrupu üzrə 857 abituriyent 500-600 arası bal toplayıb. Bu nəticə həmin abituriyentlərə ixtisas seçimi zamanı daha geniş imkanlar yaradacaq.

ERAmedia xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7367, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 12 min 702 abituriyent müsabiqədə iştirak hüququ əldə edib.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 615, rus bölməsi üzrə 590 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 935 plan yeri ayrılıb. II ixtisas qrupunda 4145 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.


media-ads-728x90

Bənzər xəbərlər