III MDB Oyunları: Belarus Stolüstü tennis komandası - BAKIDA
Belarus Stolüstü tennis komandası III MDB Oyunlarında iştirak etmək üçün ölkəmizə gəlib.
ERAmedia xəbər verir ki, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələri tərəfindən qarşılanıb. Komandanın baş məşqçisi Rostislav Jadko III MDB Oyunları üçün ölkəmizə gəlməyinə görə şad olduğunu bildirib. “Bu gün burada olmağa çox şadıq. Düşünürəm ki, qələbə ilə evimizə qayıdacağıq. Məşqlərə ilin əvvəlində başlamışıq. Yarışların hansı qaydada keçiriləcəyini biləndən sonra məşqlərimizə ona uyğun şəkildə başladıq. Komandamız 9 nəfərdən ibarətdir. İdmançılarımızın stolüstü tennisdə bütün qızıl medallarıq azanacağına və ölkəmizi gözəl şəkildə təmsil edəcəyimizə ümid edirəm”, – o deyib.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.