media-videoedited
media-68d145067290b68d145067290c175854515868d145067290968d145067290a
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.

ERAmedia xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu
27 sentyabr
12:00. Tacikistan – Azərbaycan
29 sentyabr
14:00. Qırğızıstan – Tacikistan
1 oktyabr14:00. Azərbaycan – Qırğızıstan
B qrupu

27 sentyabr
14:00. Belarus – Rusiya
29 sentyabr
12:00. Belarus – Özbəkistan
1 oktyabr
12:00. Rusiya – Özbəkistan
3 oktyabr
12:00. 5-ci yer uğrunda
14:00. 3-cü yer uğrunda
4 oktyabr
14:00. Final


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər