media-ads-728x90
media-1757010345591024502_1200x630
media-ads-728x90

Sentyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin 3-cü iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ERAmedia-ya  verilən məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.

O cümlədən hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik, uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma, bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik və tullantıların idarə olunması, inzibati işlər, insan resursları və işçi qüvvəsi, III MDB Oyunları könüllülər proqramı, məkanların idarə olunması, media xidmətləri və kommunikasiya, informasiya texnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanış mərasimlərinə hazırlıq, idman qurğularının Oyunlara hazırlığı istiqamətlərində aparılan işlər barədə məlumat verilib.


media-ads-728x90

Bənzər xəbərlər