İki amerikalı basketbolçu “Sumqayıt”-a transfer olub
“Sumqayıt” basketbol komandası heyətinə iki legioner oyunçu cəlb edib.
ERAmedia-nın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi amerikalı basketbolçular – Teyvion Kirk və Cakori Arçinin keçidini rəsmiləşdirib.
Həmin oyunçularla 1 illik müqavilə imzalanıb.
Teyvion Kirk və Cakori Arçi Azərbaycan basketboluna tanış simalardır. Onlar vaxtilə “Xırdalan”da (indiki “LANDAU Lions”) çıxış ediblər.









