İki məşhur ədib ailəsinin xanımları bir kadrda - FOTO
1932-ci ildə çəkildiyi bildirilən nadir foto sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.
ERAmedia xəbər verir ki, fotoda əyləşən, buruq saçları ilə diqqət çəkən xanımın böyük Azərbaycan şairi Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə olduğu qeyd edilir.
Onun arxasında dayanan, baş örtüyü taxmış xanımın isə yazıçı Mehdi Hüseynin həyat yoldaşı Fatma xanım Hüseynova olduğu bildirilir.
Tarixi fotoşəkildə hər iki xanımın təbii görünüşü diqqət çəkir. Paylaşımda qeyd olunur ki, bu görüntü günümüzə qədər qorunub saxlanılan nadir fotolardandır.
Foto sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub və Azərbaycan ədəbiyyatının tanınmış simalarının ailə həyatına dair qiymətli tarixi görüntü kimi təqdim edilib.

Əli Fərhad









