media-photo_5260250596256715720_w

Rusiya və Fransanın Türkiyədəki səfirlikləri “X” sosial media platformasında yayımladıqları paylaşımlarla açıq polemikaya girib.

ERAmedia xəbər verir ki, mübahisə Ukrayna müharibəsi ilə bağlı mesajla başlayıb və qısa zamanda “faşist rejimi” və “1812-nin xəyalları” kimi ifadələrlə sərt atışmaya çevrilib.

Rusiya səfirliyi Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamalarını paylaşaraq “xüsusi hərbi əməliyyatın” əsas məqsədinin Ukraynanın şərqindəki əhalinin təhlükəsizliyini təmin etmək olduğunu bildirib. Paylaşımda Moskvanın siyasi və diplomatik həll yollarına açıq olduğu qeyd olunub, prosesin isə Kiyev hökumətinin addımlarından asılı olduğu vurğulanıb. Eyni zamanda, Peskovun Paris və Londonun Kiyevə nüvə silahı vermək niyyətində olduğu barədə açıqlamalarına toxunularaq, bunun beynəlxalq hüquqa zidd olduğu ifadə olunub.

Fransanın Türkiyədəki səfirliyi isə Rusiya paylaşımına qısa zamanda cavab verib. Səfirlik hesabından yayımlanan açıqlamada müharibənin başlanğıcında “üç gün davam edəcək” gözləntilərinə işarə edilərək, qarşıdurmanın artıq beşinci ilinə qədəm qoyduğu xatırladılıb.

Rusiya səfirliyi isə Fransanın açıqlamasına daha sərt ifadələrlə cavab verib. Paylaşımda Fransanın diplomatiya ənənəsinin sosial mediada yayımlanan “acınacaqlı paylaşımlara” çevrildiyi vurğulanıb. Rusiya tərəfi, həmçinin Fransız hökumətinin 2014-cü ildən bəri Kiyevdəki hakimiyyətin ən vacib dəstəkçilərindən biri olduğunu iddia edərək, Ukrayna hakimiyyətini “faşist rejimi” adlandırıb. Paylaşım “Bəlkə də Fransız hökumətini hələ də 1812-nin xəyalları narahat edir?” ifadəsi ilə yekunlaşıb.

Vural


media-adspc

Bənzər xəbərlər