media-17886798072391339226_1200x630

Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb.

ERAmedia xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Kral III Msvatiyə ünvanlandığı təbrik məktubunda yer alıb.

Kral III Msvatinin cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfərinin Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin əlavə edib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.


media-adspc

Bənzər xəbərlər