İlham Əliyev Donald Trampa təşəkkür edib
Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib.
ERAmedia xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
Paylaşımda deyilir: “Cənab Prezident,
Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh İnsanı” kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.
Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.
Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.
Siz həqiqətən də Sülh İnsanısınız”.
Həmin paylaşımı təqdim edirik:









