İlham Əliyev mayda İrəvana gedəcək? – XİN rəhbəri açıqladı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitində iştirakı məsələsinə münasibət bildirib.
ERAmedia-nın məlumatına görə, nazir qeyd edib ki, Avropa Siyasi Birliyi tədbirlərində fərqli səviyyələrdə təmsilçilik nəzərdə tutulmur.
Onun sözlərinə görə, may ayında Ermənistanda keçiriləcək sammitdə Azərbaycan Prezidentinin iştirakı gözlənilmir.
“Əldə olan məlumata görə, Avropa Siyasi Birliyinin may ayında Ermənistanda baş tutacaq sammitində Azərbaycan Prezidentinin iştirakı planlaşdırılmır. Bu platformada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində həyata keçirilir. Mövcud məlumatlara əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Vüsalə










