media-w_1617809378414805938910_1200x630

İyunun 8-də Şirvanşahlar Sarayında qobelen və tekstil sənətinə həsr olunmuş “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı beynəlxalq qobelen müsabiqəsi və sərgisinin açılış mərasimi keçirilib.

ERAmedia xəbər verir ki, layihə Azərbaycan tekstil sənətinin görkəmli nümayəndəsi, professor Tamila Məmmədovanın xatirəsinə həsr olunub.

Tədbiri açan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, Tamila Məmmədova yüksək mədəniyyəti, zəngin daxili aləmi və dərin intellekti ilə seçilən, sənətinə böyük sevgi ilə yanaşan şəxsiyyət olub. Onun sözlərinə görə, sənətkarın xatirəsinə həsr olunan belə bir platforma onun irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

İncəsənət tarixçisi və tənqidçisi, Polşanın Lodz şəhərində yerləşən Mərkəzi Tekstil Muzeyinin baş kuratoru Marta Kovalevska çıxışında qeyd edib ki, Tamila Məmmədovanın yaradıcılıq irsi və sənət baxışları bu gün də tələbələri və davamçıları üçün mühüm ilham mənbəyidir. O bildirib ki, sənətkarın Azərbaycan tekstil sənətinin inkişafına verdiyi töhfələr və formalaşdırdığı məktəb gələcək nəsillər tərəfindən yaşadılacaq.

Litva Rəssamlar İttifaqının prezidenti, Vilnüs İncəsənət Akademiyasının professoru, tekstil rəssamı Egle Qanda Boqdaniene beynəlxalq səviyyəli belə genişmiqyaslı sərgi və müsabiqənin qısa müddətdə təşkil olunmasını yüksək qiymətləndirib. O vurğulayıb ki, layihə yalnız sərgi funksiyası daşımır, eyni zamanda, yeni əməkdaşlıqların və beynəlxalq əlaqələrin inkişafı üçün mühüm platformadır.


media-adspc

Bənzər xəbərlər