İmişlidə ağır yol qəzası olub
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, hadisə saat 23 radələrində İmişli şəhər Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Qəza zamanı “Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər ölüb, xəsarət alanlar isə İmişli Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.










