media-imtahan1

Elm və Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə qatılan namizədlərə cavab gəlib.
ERAmedia xəbər verir ki, MİQ-ə ərizə verən namizədlərin təhsil sənədləri, şəxsi məlumatları və digər zəruri sənədlərinin emalı yekunlaşıb.
Nazirlikdən namizədlərin şəxsi kabinetinə göndərilən cavabda kimlərin MİQ-ə buraxıldığı, kimlərin buraxılmadığı açıqlanıb.

Qeyd edilib ki, elektron ərizəsi yoxlanıldıqdan sonra MİQ-də iştirakı təsdiqlənən namizədlərə müsabiqənin növbəti mərhələsi barədə yaxın günlərdə yeni məlumat veriləcək,

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov Modern.az-a bildirib ki, bu həftə ərzində MİQ imtahanlarının tarixi ictimaiyyətə açıqlanacaq.

Agentlik rəhbərinin sözlərinə görə, cari ildə imtahan üçün 40 mindən çox namizəd qeydə alınıb.

Xatırladaq ki, MİQ-ə elektron sənəd qəbulu mərhələsi 3 iyunda başlayıb, 10 iyunda yekunlaşıb.

Nazirlər Kabinetinin qərarına əsasən, MİQ müsabiqəsi bu ildən ödənişli əsaslarla həyata keçirilir və iştirak rüsumu 60 manat müəyyən edilib.


media-adspc

Bənzər xəbərlər