İmtahanlardan sonra sualların çətinliyi müzakirə olunur – MÖVQE
11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarından sonra sosial şəbəkələrdə və müxtəlif platformalarda sualların çətinliyi ilə bağlı müzakirələr başlanıb. Şagirdlər və valideynlər Azərbaycan dili fənni üzrə sualların son iki ilin imtahanları ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Riyaziyyat fənnində isə xüsusilə son 5–6 sualın çətinliyi diqqət çəkib. Xarici dillər – ingilis, fransız və rus dili üzrə tapşırıqlar isə nisbətən normal və balanslı qiymətləndirilib.
ERAmedia-nın məlumatına görə, təhsil eksperti Məzahir Məmmədli bildirib ki, imtahanın real çətinlik səviyyəsi və sualların uyğunluğu ilə bağlı narazılıqlar təbii haldır.
Onun sözlərinə görə, şagirdlər və valideynlər imtahandan dərhal sonra sualların çətinliyinə diqqət yetirir.
“Bu, normaldır. Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə meyarları və sualların uyğunluğu analiz ediləcək. Çətinlik səviyyəsinin real qiymətləndirilməsi və nəticələrin şəffaf şəkildə araşdırılması vacibdir”, – deyə o bildirib.
Ekspert əlavə edib ki, bu prosesdə əsas məqsəd şagirdlərin haqlı narahatlıqlarının diqqətdən kənarda qalmamasıdır və rəsmi açıqlamalar yaxın günlərdə gözlənilir.
Vüsalə









