İnfantino Ərdoğana imzalı forma hədiyyə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantino və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
ERAmedia Anadolu agentliyinə istinadən xəbər verir ki, görüş İstanbulda, Dolmabağça sarayında baş tutub.
FIFA rəhbəri Ərdoğana üzərində “Ərdoğan” yazısı və 26 nömrəsi qeyd olunan forma, dünya kubokunun surəti və 2026-cı il mundialının rəsmi topunu hədiyyə edib.
Qəbulda Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu da iştirak ediblər.
Hacıosmanoğlu dövlət başçısına Türkiyə millisinin futbolkasını təqdim edib.









