media-whatsapp-image-2026-09-13-at-00-30-09
Riyaziyyat dünyasında tarixi süni intellekt (AI) üsyanı başladı!
Aralarında Terence Tao və Peter Scholze kimi dahilərin də olduğu riyaziyyatın Nobeli sayılan Fields Medalı laureatı 25 dünyaşöhrətli riyaziyyatçı süni intellekt şirkətlərinə qarşı sərt bir ortaq bəyanat yayıblar.
Alimlər xəbərdarlıq edirlər ki, texnologiya nəhənglərinin riyazi problemləri sadəcə öz AI modellərini nümayiş etdirmək üçün bir yarış alətinə (“benchmark”) çevirməsi elmə böyük zərər vurur. Bəyanatda vurğulanır ki, riyaziyyatda əsas məqsəd sadəcə quru bir “doğru cavab” tapmaq deyil, bəşəriyyət üçün dərin anlayış və yeni elmi metodlar inkişaf etdirməkdir.
AI sistemlərinin insan riyaziyyatçıların illərlə müzakirə edərək formalaşdırdığı elmi prosesləri by-pass edərək saniyələr içində nəticə istehsal etməsi bilik zəncirini qırmaq riski daşıyır. Eyni zamanda, korporasiyaların elmi nəticələri tələsik elan etməsi ciddi müəlliflik və akademik etika sualları doğurur.
Riyaziyyatçılar süni intellektə tamamilə qarşı olmadıqlarını, lakin onun məsuliyyətli şəkildə yönləndirilməsinin vacibliyini bildirirlər. Bu tarixi çağırış təkcə riyaziyyatı deyil, AI qarşısında duran bütün intellektual və yaradıcı peşələri qorumaq məqsədi daşıyır.
Elm dünyası indi bu dərin uyğunsuzluqla təcili şəkildə üzləşməyə və insan zəkasını qorumağa çağırılır. Gələcəkdə elmin nə dərəcədə insani qalacağı, bugünkü texnoloji nəzarətdən asılı olacaq.

media-adspc

Bənzər xəbərlər