media-820bad11-542b-4066-9d1b-72712ff12101
media-bant_master

Kanadanın Dalhousie Universitetindən olan tədqiqatçılar insan yaşlanmasını “zədələnmə və bərpa balansı” üzərindən təhlil edən yeni riyazi model hazırlayıblar.

ERAmedia xəbər verir ki, hazırda sınaq mərhələsində olan araşdırma barədə ilkin məlumatlar dərc edilib.

Uzun illər ərzində sağlamlıq göstəriciləri müşahidə edilən 12 min 920 nəfərin məlumatlarını analiz edən alimlər iştirakçıların vəziyyətini 30-dan çox meyarı əhatə edən “zəiflik indeksi” ilə ölçüblər. Nəticələr yaş artdıqca həm sağlamlıq problemlərinin çoxaldığını, həm də bərpa prosesinin uzandığını göstərib.

Modelə əsasən, təxminən 73–76 yaş aralığında orqanizmin toparlanma qabiliyyəti yaranan sağlamlıq problemlərinin sürətinə çata bilmir. Tədqiqatçılar bunu yaşlanma prosesində bir “zəifliyin astanası” kimi qiymətləndirirlər.

Dalhousie Universitetindən Qlen Pridham bildirib ki, “təxminən 75 yaş ətrafında bərpa və davamlılıq qabiliyyətində nəzərəçarpan azalma müşahidə olunur. Bu məlumatlar səhiyyə sistemi üçün planlaşdırma baxımından əhəmiyyətli ola bilər”.

Mütəxəssislər bu kimi modellərin yaşlılıq dövründə sağlamlıq risklərini daha erkən müəyyənləşdirməyə yardım etdiyini deyirlər. Araşdırmaya görə, bu səviyyəyə çatmadan əvvəl ümumi sağlamlığı gücləndirməyə yönəlik tədbirlər daha effektiv nəticə verə bilər.

Alimlər həmçinin bildirirlər ki, həyat tərzi və ətraf mühitlə bağlı stres faktorlarının azaldılması zəiflik prosesinin təsirlərini yüngülləşdirə bilər.

Son illərin müxtəlif tədqiqatları yaşlanmanın sabit sürətlə getmədiyini, bəzi dövrlərdə sürətlənə bildiyini göstərir. Yeni model isə riyaziyyatın biologiyada tətbiqinin yaşlanma mexanizmlərini anlamaqda mühüm rol oynaya biləcəyini ortaya qoyur.

Tədqiqatçılar modelin daha geniş əhali qruplarında və fərqli cəmiyyətlərdə sınaqdan keçirilməsi halında yaşlanma strategiyalarının daha dəqiq planlana biləcəyini vurğulayırlar.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər