media-mobil-telefon-rasmi_p77989
media-bant_master

Növbəti flaqman “iPhone” yeni ekranaltı sensor və dəyişən diyafraqmalı kamera ilə təchiz olunacaq.

ERAmedia bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“PhoneArena” nəşrinin əməkdaşları məxfilikdən çıxarılan iPhone 18 barədə əsas detalları toplayıblar. Müəlliflərin fikrincə, “Apple” yeni nəsildə cihazın ön panelinin dizaynını dəyişəcək, Face ID biometrik sensorunu və ön kameranı ekranın altına yerləşdirəcək. Bu isə “Dynamic Island” kəsiyindən imtina etməyə imkan verəcək.

Böyük ehtimalla, yeni smartfon əsas kamera üçün dəyişən diyafraqmaya da sahib olacaq. “Dəyişən diyaframa o deməkdir ki, istifadəçilər sensora nə qədər işıq düşəcəyinə dəqiq nəzarət edə biləcəklər”,- deyə mütəxəssislər izah ediblər.

Həmçinin, “iPhone” 18 seriyası “A20” və “A20 Pro” prosessorlarını alacaq- bunlar iki nanometrlik texnoloji proseslə hazırlanmış ilk çiplərdir.


media-adspc

Bənzər xəbərlər